Avtosfer.az | Reklam
“Həssas təbəqədən olan uşaqlar və onların yollarda üzləşdiyi çətinliklər”
Öyrənək 4 Oktyabr 2019 10:13 162 dəfə oxunub
“Həssas təbəqədən olan uşaqlar və onların yollarda üzləşdiyi çətinliklər”
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə həyata keçirilib

«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Baş DYP İdarəsinin vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə birgə apardığı təbliğat-təşviqat və maarifləndirmə işləri getdikcə daha geniş vüsət alır.

Avtosfer.az xəbər verir ki, bu qəbildən olan növbəti tədbir Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə həyata keçirilib.

Belə ki, “Həssas təbəqədən olan uşaqlar və onların yollarda üzləşdiyi çətinliklər” layihəsi çərçivəsində 1 nömrəli Ailə tipli kiçik qrup evində qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin və AMAK-ın əməkdaşları yol-hərəkəti təhlükəsizliyi ilə bağlı uşaqlarla səmimi söhbətlər aparmış, qarşılıqlı müzakirə və sorğular keçiriblər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev yol hərəkəti təhlükəsizliyinin əhəmiyyəti, eyni zamanda yol hərəkəti qaydalarına əməl olunmaması nəticəsində törənən neqativ hallar, ağır nəticələr barədə uşaqlara geniş məlumat vermiş və hər bir iştirakçıya Baş Dövlət Yol Polisi İdarəsi adından hədiyyələr təqdim edib.

Müəssisənin əməkdaşları və sakinləri göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh