Sumqayıtdan Bakıya gəlmək üçün ən rahat nəqliyyat vasitəsi hansıdır? - SORĞU

Xəbərlər 4 Oktyabr 2019 14:00 Oxunub 1496
Sumqayıtdan Bakıya gəlmək üçün ən rahat nəqliyyat vasitəsi hansıdır? - SORĞU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərin 80 faizdən çoxu Bakı-Sumqayıt sürət qatarından istifadə edir

Şəhər daxili ictimai nəqliyyatdan istifadə zamanı sakinlərin rastlaşdığı problemləri işıqlandıraraq onların həlli yolları barədə hər zaman müzakirələrimiz olub. Lakin bu dəfə isə respondentlər arasında Sumqayıtdan Bakıya getmək üçün ən rahat nəqliyyat vasitəsinin hansı olduğu sorğusunu keçirdik. Təbii ki, hər gün Sumqayıtdan paytaxt Bakıya iş arxasınca gedən vətəndaş ən rahat nəqliyyat vasitəsini seçməlidir. Sakinlərin bu barədə çətinlikləri olduğu heç kəsə sirr deyil.
Elə xeberle.com-un sosial şəbəkə hesablarında Sumqayıt sakinləri arasında keçirdiyi sorğu da bunu deməyə əsas verir.

"Sumqayıtdan Bakıya getmək üçün ən rahat nəqliyyat vasitəsi hansıdır?" sualı ünvanlanan sorğuda ümumilikdə 191 respondent iştirak edib. Sorğunun nəticələri onu deməyə əsas verir ki, Sakinlərin 80 faizdən çoxu Bakı-Sumqayıt sürət qatarından istifadə etdiyini qeyd edib. Lakin qatarların hərəkət cədvəlinin intervalından, qatarların sayının azlığından və qiymətlərdən narazılıq edənlər də kifayət qədərdir. Əsasən səhər saatlarında işə gedənlər Bakı Sumqayıt yolunda olan sıxlıq səbəbindən qatarla getməyə üstünlük verdiklərini qeyd ediblər. Dəmir yol vağzalından uzaq məsafədə yaşayan soydaşlarımız isə, "1 manatlıq ” taksilərdən istifadə etdiklərini bildirib.

Avtobuslardan istifadə edənlər çox az saydadır. Səbəb isə işə tələsənlər üçün avtobusların gec-gec getməsi və aralarındakı intervalın uzunmüddətli olmasıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh