Xarici qonaqlar Dövlət Yol Polisinin fəaliyyəti ilə tanış olublar - VİDEO

Yol polisi 9 Oktyabr 2019 14:33 Oxunub 1408
Xarici qonaqlar Dövlət Yol Polisinin fəaliyyəti ilə tanış olublar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar Bakıda “Yol hərəkətində təhlükəsizlik” mövzusunda keçirilən seminarda iştirak ediblər

Bakıda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib. Avtosfer.az xəbər verir ki, seminarda region ölkələrinin, UNESCAP katibliyinin, ABŞ və Yaponiya ekspertləri, o cümlədən DİN BDYPİ-nin əməkdaşları da iştirak edib. Seminarın əsas məqsədi yollarda baş verən qəzaların səbəblərini araşdırmaq və həlli yollarının tapılmasının müzakirəsi olub. Çıxış edənlər öz ölkələrində baş vermiş yol nəqliyyat hadisələrinin statistik göstəricilərini, daha çox baş vermə səbəblərini və həlli istiqamətində hansı işlər görüldüyünü göstərən prezentasiyalar təqdim edib və bu çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
Seminarın ikinci günündə ölkəmizə gələn nümayəndələr BDYPİ-nin təşkilatçılığı ilə Azərbaycanda DYP xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün DYP stasionar postuna aparılıb, orada YPX tərəfindən görülən işlər əyani göstərilib.
Daha sonra qonaqlar Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin yol hərəkətinin idarəetmə şöbəsində kameralar vasitəsilə baş vermiş yol nəqliyyat hadisələrinə dərhal reaksiya verilməsi və qeydə alınmış qayda pozuntularının mərkəzi informasiya sisteminə inteqrasiya olunması prosesi ilə yerində tanış olublar. 
Azərbaycanda DYP-i üçün yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi, patrul avtomobillərində yüksək texniki avadanlıqlarla təchiz olunması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh