Avtosfer.az | Reklam
Yaponiyada tufan səbəbindən F 1-ə dəstək yürüşləri ləğv edilib
Yarışma 10 Oktyabr 2019 15:56 228 dəfə oxunub
Yaponiyada tufan səbəbindən F 1-ə dəstək yürüşləri ləğv edilib
Bu da nəzəri cəhətdən təsnifatın təxirə salınması və ya ləğvi ilə nəticələnə bilər

“Hagibis” güclü tufanı səbəbindən Formula 1 üzrə Yaponiya Qran-Prisinin yürüş uik-endi çərçivəsində iki Formula 4 yürüşü ləğv edilib. Məlumatı “RaceFans” portalı yayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təşkilatçılar oktyabrın 10-da bəyan ediblər ki, çempionatın hesabına daxil edilməyən iki yürüş ləğv olunub. Belə ki, onlar əsas üstünlüyü Formula 1 cədvəlinə veriblər. Bu qərar çempionata aidiyyəti olan bütün tərəflərin yaxınlaşan tufanı diqqətlə izləmələri və Formula 1 mərhələsi cədvəlinin mümkün qədər ciddi zərər görməməsi üçün səy göstərdikləri barədə bəyanatından sonra qəbul edilib.

Formula 4 yürüşlərinin ləğvi o deməkdir ki, cədvəldə Formula 1 uik-endi ilə yanaşı, təkcə yerli vaxtla bazar gününün səhərinə planlaşdırılmış Yaponiyanın “Porsche Carrera” yürüşü saxlanılacaq. Tufanın daha çox şənbə günü təhlükəli olacağı bildirilir ki, bu da nəzəri cəhətdən təsnifatın təxirə salınması və ya ləğvi ilə nəticələnə bilər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh