Ucuz qiymətə “Nissan” satılan anbar aşkar edilib - VİDEO

Avtoxəbər 12 Oktyabr 2019 12:06 Oxunub 8486
Ucuz qiymətə “Nissan” satılan anbar aşkar edilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turbomühərrikli Skyline modelini doqquz min dollara almaq olar

Yaponiyada ideal vəziyyətdə olan “Nissan Skyline” modelləri satılan anbar aşkar edilib. Burada model üçün orijinal ehtiyat hissələrini də əldə etmək olar. Avtomobillər və ehtiyat hissələri çox ucuz qiymətə təklif edilir. Avtosfer.az xəbər verir ki, modelin fanatları üçün pərəstiş yerinə çevriləcək Trust Kikaku mağazası yapon sportkarları üçün orijinal ehtiyat hissələrinin, həmçinin işlənilmiş avtomobillərin satışı üzrə ixtisaslaşıb. Ayrıca anbarda Nissan Skyline modellərindən ibarət olan özəl kolleksiya yerləşir ki, həmin avtomobilləri də satın almaq olar.

Anbardan çəkilmiş videoicmalı Sammit adlı blogger dərc edib. Anbarın ətrafında çoxsaylı avtomobillər düzülüb. Burada əla vəziyyətdə olan bir neçə kuzovu və 34-cü kuzova sahib olan yaxşı vəziyyətli avtomobilləri də görmək olar. Anbarın içində isə örtüyün altında saxlanılan müxtəlif rəngli yeni avtomobillər dururlar.

Kolleksiyada adi nüsxələr ilə yanaşı, V-Spec Nur (Nürburqrinqin qısaldılmış variantı) modifikasiyasına malik olan sportkarlar da mövcuddur. Xatırladaq ki, Nissan Skyline V-Spec Nur modeli 750 nüsxəlik tirajla istehsal edilib. Üstəlik avtomobillərin qiyməti o qədər baha deyil. Məsələn, kompressorsuz mühərriki olan model üçün satıcı iki min dollar istəyir. Daha güclü modellər yeddi min dollara başa gələcəkdir. Turbomühərrikli Skyline modelini doqquz min dollara almaq olar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh