Qaydaları başqası pozdu, sürücülük hüququndan məhrum edildi - FOTO

Xəbərlər 27 Aprel 2015 11:51 Oxunub 2510
Qaydaları başqası pozdu, sürücülük hüququndan məhrum edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İddia: «Mənə aid olmayan və tanımadığı bir avtomobilin cərimələri mənim sürücülük vəsiqəmə yazılıb»

İmişli rayon sakini Əlibala Əliyev bir müddət bundan əvvəl sürücülük hüququndan məhrum edilib. Bu haqda məlumatı o, avropa.info-ya ünvanlandığı şikayət məktubunda bildirib. Ə. Əliyevin dediklərinə görə, ümumiyyətlə, özünə aid olmayan və tanımadığı bir avtomobilin cərimələri onun sürücülük vəsiqəsinə yazılıb: "Mənim idarə etmədiyim 14-BC-843 dövlət nömrə nişanlı avtomobilin cərimələri Xəzər rayon DYPŞ tərəfindən mənim sürücülük vəsiqəmə yazılıb və sonradan bilmişəm ki, mən sürücülük hüququndan məhrum olunmuşam.”

Ə.Əliyev daha sonra məsələni araşdırmaq üçün Xəzər rayon Dövlət Yol Polisinə gedib. Oradan onu BŞBYPİ-nə, daha sonra oradan isə İmişli rayon yol polisi idarəsinə göndəriblər.

Avtosfer.az bildirir ki, bu, başqasının cəriməsi yazılma məsələsi DYP-də yol verilən texniki səhvdən baş verə bilər. Məsələn sürücünün vəsiqəsindəki bir hərfdə və ya bir rəqəmdə səhv, yaxud avtomobilin nömrəsində eyni cür cüzi səhv belə yanlışlığı səbəb ola bilər. DYP-yə müraciət edərək onu aradan qaldırmaq lazımdır. Amma yazıya əlavə edilən sənədlərdən bu səhv görünmür.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh