Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO

Gündəm 14 Oktyabr 2019 12:26 Oxunub 1094
Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırılsın

Bakıda uşaq qidasının içindən qurd çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib. O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib.  Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh