Qaxda zəncirvari qəza olub

Qəzalar 14 Oktyabr 2019 20:56 Oxunub 1413
Qaxda zəncirvari qəza olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə yanğınsöndürən xilasediciləri cəlb edilib

Qaxda zəncirvari yol qəzası baş verib, xəsarət alan var. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 19.00 radələrində Qax-Zaqatala avtomobil yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində iritonnajlı yük maşını bir neçə avtomobillə toqquşub.

Hadisəni araşdırmaq üçün əraziyə Qax rayonunun hüquq-mühafizə orqan əməkdaşları cəlb edilib. Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh