Mikroavtobus yol kənarına aşdı: 1 ölü, 7 yaralı - VİDEO

Avtosfer Foto 15 Oktyabr 2019 13:00 Oxunub 1315
Mikroavtobus yol kənarına aşdı: 1 ölü, 7 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır

Rusiyanın Santk-Peterburq əyalətində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, insident oktyabrın 15-də səhər saatlarında “Skandinaviya” avtomagistralının 5-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, 1987-ci il təvəllüdlü sürücü, yolun buzlu və sürüşkən olması səbəbindən “Peugeot” markalı mikroavtobusun sükan idarəetməsini itirib. İdarəetmədən çıxan mikroavtobus əvvəlcə dirəyə sonra da yol kənarına aşıb.

Nəticədə 1963-cü il təvəllüdlü qadın aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 7 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh