Bakı polisi: “İstənilən qanunsuz aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq”

Gündəm 15 Oktyabr 2019 17:07 Oxunub 918
Bakı polisi: “İstənilən qanunsuz aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Polis üzərinə düşən vəzifələrini həyata keçirəcəkdir”

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”. Avtosfer.az xəbər verir ki, Bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh