Avtosfer.az | Reklam
Yol hərəkəti qaydalarına riayət olunması vacibdir - FOTO - VİDEO
Yol polisi 15 Oktyabr 2019 19:20 134 dəfə oxunub
Yol hərəkəti qaydalarına riayət olunması vacibdir - FOTO - VİDEO
Vaqif Əsədov uşaqlarla dialoqa girərərək tədbiri daha da canlı etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı  maarifləndirici tədbirlər həyata keçirir.  Avtosfer.az xəbər verir ki, belə tədbirlərdən biri də oktyabrın 15-də Nizami rayon 61 saylı orta məktəbdə reallaşıb.
Uşaqların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə çıxış edərək bildirdi ki, uşaqlar arasında  yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği  günümüzün tələbidir. Layihə, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə  yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən necə qoruna bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində  müvafiq  hökumət, qeyri-hökumət və digər qurumları  bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək  məsələni  ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulur. Layihənin məqsədi uşaqlar arasında  yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin  kütləviləşdirilməsinə  nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir.
Tədbirdə çıxış edən  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsi vacibdir. Onun üçün də onlar yol hərəkəti haqqında qanunda nəzərdə tutulan müddəalardan xəbərdar olmalıdırlar. Uşaqların təhlükəsizliyinin təmin olunmasında ən böyük vəzifə  valideynlərin və müəllimlərin üzərinə düşür.  
Vaqif Əsədov uşaqlarla dialoqa girərərək tədbiri daha da canlı etdi. Uşaqların bilgilərinin artması üçün onlarda xüsusi maraq yaratdı. Suallara düzgün cavablar verən uşaqlar mükafatlandırıldılar. 
Vaqif Əsədov bu kimi tədbirlərin bütün tədris ocaqlarında keçirilməsinin zəruriliyini vurğuladı.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh