Cənub bölgəsində çəltik biçininə start verilib - VİDEO

Maraqlı 15 Oktyabr 2019 21:53 Oxunub 1033
Cənub bölgəsində çəltik biçininə start verilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il isə 900 hektarda əkilənçəltikdən 5 min tona yaxın məhsul istehsalı proqnozlaşdırılır

Lənkarandaəsasənbölgənin iqliminə uyğun və yüksək məhsuldarlığı ilə seçilənHaşımi və Sədri sort çəltiyi əkilib.

Vaxtında aparılan aqrotexniki qulluq sayəsində məhsul boldur. Digər tərəfdən də biçim işləri Cənub Koreya istehsalı olan sırf çəltik üçün nəzərdə tutulmuş texnikalar vasitəsilə həyata keçirilir. Bataqlıq ərazilərdə rahat şəkildə hərəkət edə bilən bu texnikalar biçim zamanı dənlərin sınmasına imkan vermir.

Düyününbir kiloqramı 1manat80q - 3manat50qarasısatılır.Biçilən çəltik rayonda fəaliyyət göstərən emal müəssisələrində üyüdülərək müxtəlif çəkilərdə qablaşdırılır və ölkə bazarlarında satışı həyata keçirilir.Ötən il Lənkəranda 826 hektar çəltik sahəsindən 4 mintona yaxın məhsul yığılıb. Bu il isə 900 hektarda əkilənçəltikdən 5 min tona yaxın məhsul istehsalı proqnozlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh