Sərnişin avtobusu ağaca çırpıldı: azı 20 yaralı - FOTO

Avtosfer Foto 16 Oktyabr 2019 13:26 Oxunub 1415
Sərnişin avtobusu ağaca çırpıldı: azı 20 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır

İtaliyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 16-da səhər saatlarında Romanın şimal-qərbində qeydə alınıb. Bu barədə “Rainews24” kanalı məlumat yayıb.

Məlumat görə, “Termin” avtovağzalı ilə şəhərətrafı əraziləri birləşdirən marşrut xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq əks yola çıxıb və ağaca çırpılıb.

Hadisədən sonra yaralılar təcili tibbi yardım maşınlarının köməkliyi ilə xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh