Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Qəzalar 17 Oktyabr 2019 09:22 Oxunub 1088
Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar. Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***20:49

Tovuz rayonunda yol qəzası baş verib. Hadisə Qazqulu kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh