Bakıda “Opel” “TOFAŞ”la toqquşdu: ölən var

Qəzalar 17 Oktyabr 2019 13:38 Oxunub 1020
Bakıda “Opel” “TOFAŞ”la toqquşdu: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, oktyabrın 16-da saat 5 radələrində Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh