Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Avtoxəbər 17 Oktyabr 2019 18:57 Oxunub 1163
Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-sentyabr ayları ərzində

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.

Ümumilikdə, 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh