Avtosfer.az | Reklam
Yasamalda "fironluq" edən taksi sürücüsü - Vətəndaşlar şikayət edir - FOTO
Oxucu məktubları 18 Oktyabr 2019 11:34 330 dəfə oxunub
Yasamalda "fironluq" edən taksi sürücüsü - Vətəndaşlar şikayət edir - FOTO
Avtomobilə səsgücləndirici quraşdırıb insanları narahat edir

“Taksi fəaliyəti ilə məşğul olan 90- RT-456 dövlət nömrə nişanlı avtomobilin sürücüsü "İnşaatçılar" metrostansiyasının "Amrahbank" tərəfə çıxışında dayanma - durma qaydalarını pozaraq Şərifzadə küçəsindəki avtobus dayanacağını zəbt edir. Nəticədə avtobusların yolun 2-ci, 3-cü zolağında dayandığına görə yolda tıxac yaranır.”

Bu barədə Avtosfer.az-a oxuculardan biri şikayət edib. Oxucumuz deyir ki, həmin sürücü idarə etdiyi maşının səs boğucusuna (qluşitelinə) səsgücləndirici avadanlıq əlavə edib. “Hətta dayandığı vaxtda belə maşının matorunu söndürmür tez-tez qaz verib maşının güclü səs ilə ətrafdakıları narahat edir. Səsdən dayanacaqda durmaq mümkün olmur. Ətrafdakı obyektlərin işçilərini səslə bezdirir, dayanacağa yaxın binalarda yaşayanları gecənin yarısı yatmağa qoymur.”

deyir ki, ərazidə Bakı Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisinin nəzarəti olmadığından sürücü inzibati məsuliyyətə cəlb olunmur.

Vətəndaşın göndərdiyi fotoları təqdim edirik:

 

Fərid

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh