Şirvanda 48 yaşlı kişi sükan arxasında infakt keçirib öldü

Gündəm 18 Oktyabr 2019 12:20 Oxunub 957
Şirvanda 48 yaşlı kişi sükan arxasında infakt keçirib öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şirvan şəhərində sürücü avtomobildə ölü tapılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu özünə məxsus avtomobillə evindən küçəyə çıxarkən özünü pis hiss edib. İ.Feyzullayev təxminən 40-50 metr getdikdən sonra idarəetməni itirərək yolun kənarındakı divara dəyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları İ.Feyzullayevin infaktdan sükan arxasında keçindiyini müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh