Bakıda minik avtomobili qadını vurub öldürdü - FOTO

Qəzalar 19 Oktyabr 2019 00:47 Oxunub 1126
Bakıda minik avtomobili qadını vurub öldürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızı yolu keçmək istəyərkən maşın vurub.

O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis idarəsində cinayət işi qaldırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh