Yüksək sürətlə iki süpürgəçini vuran futbolçu “avtoşluq” etdi - VİDEO

Qaydalar 19 Oktyabr 2019 23:25 Oxunub 1465
Yüksək sürətlə iki süpürgəçini vuran futbolçu “avtoşluq” etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, yüksək sürətlə avtomobillərin arasından hərəkət edir

Altı il əvvəl yüksək sürətlə idarə etdiyi avtomobillə iki süpürgəçi qadını vuran futbolçu Araz Abdullayev yenə avtomobili ilə gündəmə gəlib.  Avtosfer.az">Avtosfer.az-ın məlumatına görə, futbolçu Araz Abdullayev paytxt küçələrində avtoxuliqanlıq edib.

O, yüksək sürətlə avtomobillərin arasından hərəkət edir və bu zaman ani sürətlənmə olduğundan idman tipli lüks avtomobilin arxasından alov çıxır.

Futbolçu bu görüntüləri özünəməxsus "İnstagram" hesabında paylaşıb. Məsələ ilə bağlı hazırda Araz Abdullayevin oynadığı futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov ''Xəzər Xəbər''ə açıqlamasında bildirib ki, artıq futbolçunun "İnstagram" hesabından həmin görüntülər silinib. Sözügedən məsələ araşdırılacaq və buna görə futbolçuya hansı cəzanın veriləcəyi müəyyənləşdiriləcək. Amma bu barədə ictimaiyyətə açıqlama verilməyəcək.

Xatırladaq ki, 2013-cü ildə Araz Abdullayev Nobel prospektində yüksək sürətlə idarə etdiyi minik avtomobili ilə iki süpürgəçi qadını vurmuşdu. Onlar biri dünyasını dəyişsədə digəri ağır xəsarət almışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh