Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - VİDEO

Qəzalar 20 Oktyabr 2019 12:58 Oxunub 842
Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Əhməd Mehbalıyev küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsində qeydə alınıb. Məlum olub ki, sürücü Rasim Ağayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə M.Fətəliyev küçəsinə dönürmüş, bu vaxt Ə.Mehbalıyev küçəsində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü də ötmə əməliyyatı edib. Nəticədə "Mercedes" dönən nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə yol nişanı və ağaca dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh