Bakıda taksiyə iki sərnişin soyğunçuluq etdi - Biri həbs olundu

Xəbərlər 20 Oktyabr 2019 22:42 Oxunub 1071
Bakıda taksiyə iki sərnişin soyğunçuluq etdi - Biri həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfər sürücünü döyərək 88 manat pulunu və mobil telefonunu aparıb

Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib. Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində minən 2 nəfər onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh