Avtosfer.az | Reklam
Yanacaqdoldurma məntəqəsindən saxta pulla benzin aldılar - Gəncədə
Oxucu məktubları 20 Oktyabr 2019 22:50 186 dəfə oxunub
Yanacaqdoldurma məntəqəsindən saxta pulla benzin aldılar - Gəncədə
Sonradan əskinasın saxtalığı məlum olub

Gəncədə yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə saxta pul əskinası verərək benzin alıblar. Bununla bağlı şəhərin Nizami Gəncəvi prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator vəzifəsində çalışan Rauf Ramiz oğlu Abbasov polisə ərizə ilə müraciət edib. O, bildirib ki, oktyabrın 19-da gecə saat 1 radələrində məntəqəyə avtomobillə gələn naməlum şəxs ona yanacaq doldurması üçün yüz manat pul verib. Məntəqənin işçiləri əvvəlcə pulun saxta olduğunu müəyyən etməsələr də, sonradan əskinasın saxtalığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad
E-mail
Şərh