Daxili İşlər naziri generalı təqaüdə göndərdi - FOTO

Yol polisi 20 Oktyabr 2019 23:09 Oxunub 3570
Daxili İşlər naziri generalı təqaüdə göndərdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İdarənin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.

Report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh