Ağdaşda minik avtomobili yük maşını ilə toqquşdu: xəsarət alanlar var

Qəzalar 21 Oktyabr 2019 08:58 Oxunub 870
Ağdaşda minik avtomobili yük maşını ilə toqquşdu: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Rauf Nəbiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini içərisində mişar daşı olan, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəcəf Bayramovun idarə etdiyi “KamAZ” markalı yük maşınının qoşqusuna çırpıb.

Qəzada minik avtomobilinin sürücüsü və iki sərnişini (bir uşaq və bir qadın) xəsarət alıb. R.Nəbiyevə hadisə yerində ambulator yardım göstərilib.

Xəsarət alan sərnişinlər isə Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh