Bakıda motosikletlə avtomobil toqquşdu: iki nəfər xəsarət alıb

Qəzalar 21 Oktyabr 2019 09:12 Oxunub 1019
Bakıda motosikletlə avtomobil toqquşdu: iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində qeydə alınıb. Ramin Təhmirazov idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü və sərnişini 1997-ci təvəllüdlü Əsgərov Xəyal ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

T.Raminə hər iki ayağının əziyi, Ə.Xəyala isə ağır kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh