Bərdədə avtomobillər toqquşdu: bir ailənin 5 üzvü xəsarət alıb - FOTO

Qəzalar 21 Oktyabr 2019 11:38 Oxunub 797
Bərdədə avtomobillər toqquşdu: bir ailənin 5 üzvü xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı minik avtomobili yolun əks tərəfi ilə hərəkətdə olan "Zil" markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili də "Zil"ə çırpılıb.

Nəticədə "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü, Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri, Füzuli rayon sakinləri - 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-cü il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan A.Ağayevin vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh