Avtosfer.az | Reklam
Qucağında uşaq şəhərin ortasında şütüyən sürücü - VİDEO
Yol nişanları 21 Oktyabr 2019 14:28 286 dəfə oxunub
Qucağında uşaq şəhərin ortasında şütüyən sürücü - VİDEO
Uşağı təhlükəyə atmamaq üçün onu yanındakı sərnişinə də verə bilərdi

Bakıda öz uşağına təhlükə yaradan qadın sürücünün görüntülərini digər avtomobildəki sərnişinlərdən biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib.
Avtosfer.az xəbər verir ki, oktyabrın 20-də paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə 90-TD-704 qeydiyyat nişanlı "Kia Picanto" markalı avtomobili idarə edən xanım sürücü, hərəkətdə olarkən körpə uşağını qucağında otuzdurub. Videonu qeydə alan sərnişin bildirib ki, həmin avtomobildə sərnişin qismində başqa bir şəxs də olub. 
Uşağı təhlükəyə atmamaq üçün onu yanındakı sərnişinə də verə bilərdi. 

Qeyd edək ki, belə hallarda yüngül qəza baş verərsə, uşaq sükanla sürücü arasında sıxılaraq dünyasını dəyişə bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad
E-mail
Şərh