"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb

Avtoxəbər 21 Oktyabr 2019 23:58 Oxunub 1108
"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə "Roborace" Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır

"Ginnesin Rekordlar Kitabı"nın təmsilçiləri "Roborace" avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il "Ginnessin Rekordlar Kitabı"nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə "Roborace" Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh