Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib - FOTOLAR

Yeniliklər 22 Oktyabr 2019 13:27 Oxunub 1537
Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır

Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib. Bu barədə Avtosfer.az-a BNA-dan məlumat verilib.

 Sarı kəsişmə toru təşkil edilib;
 Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
 Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh