"Kamaz" 22 metr havada uçdu – VİDEO

Maraqlı 28 Aprel 2015 14:20 Oxunub 2048
"Kamaz" 22 metr havada uçdu  – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gines rekordlar kitabının ekspertləri bunun yeni bir dünya rekordu olub-olmadığını dəqiqləşdirmək üçün görüntüləri araşdıracaq

Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən driftinq yarışında tamaşaçılar qəribə çıxışa şahid olub.

Əsasən sovet istehsalı olan avtomobillərin istifadə olunduğu yarışda bir kamaz sürücüsü ağır tonnajlı yük maşınını tramplindən havaya uçurub.

Ağırlığı 10 tona  yaxın olan Kamaz markalı yük maşınını 2013-cü ildə Dakar Rallisinin çempionu olan Eduard Nikolayev idarə edib. Yarış meydançasında bir neçə dövrə vurduqdan sonra sürətlə tramplinə yaxınlaşan adrenalin həvəskarı ağır  tonnajlı maşını  22 metr havada  uçurmağa müvəffəq olub.

10 tonluq texnikanın havada süzdüyünə ilk dəfə şahid olan ruslar Nikalayevin çıxışını həyəcanla izləyiblər. İlk dəfədir ki, bir sürücü kamazı havada 22 metr uçurmağa müvəffəq olur. Bununla belə, Gines rekordlar kitabının ekspertləri bunun yeni bir dünya rekordu olub-olmadığını dəqiqləşdirmək üçün görüntüləri araşdıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh