Avtosfer.az | Reklam
Sakinlərdən şikayət: Yolumuzu kəsiblər - VİDEO
Oxucu məktubları 24 Oktyabr 2019 14:45 196 dəfə oxunub
Sakinlərdən şikayət: Yolumuzu kəsiblər - VİDEO
Yola maneə qoyanları dörd min manatadək cərimə gözləyir

Paytaxtın Bakıxanov qəsəbəsində yolu kəsən sakinlərdən redaksiyamıza şikayət daxil olub. Avtosfer.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yaşayan 2-3 sakin, avtomobilini rahat park etməsi üçün evlərinin qarşısındakı yolu dəmir maneələrlə kəsib. Həmin küçədə yaşayan digər sakinlər gecə sıxlıq olan vaxtı avtomobili park etməyə yer tapmırlar. Onlar bildirir ki, həmin dəmir maneələr ərazidən sökülsə, digər sürücülər də rahat şəkildə avtomobilini park edər.

İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində qeyd olunub ki, “yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına” - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Yollara qanunsuz olaraq quraşdırılmış bu cür maneələrin sökülməsi üçün Dövlət Yol Polisi idarəsi mütəmadi tədbirlər həyata keçirtməlidir.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh