Avtosfer.az | Reklam
Dirək var, işıq yox – Magistral yollarımız niyə işıqlandırılmır? - FOTO
Yazarlar 24 Oktyabr 2019 15:55 333 dəfə oxunub
Dirək var, işıq yox – Magistral yollarımız niyə işıqlandırılmır? - FOTO
Qaranlıq küçələrdə xeyli sayda yol nəqliyyat hadisəsi olur, insanlar həyatını itirir, maddi-mənəvi zərər çəkirlər

Son vaxtlar Bakı, eləcə də bəzi bölgələrdə magistral yolların işıqlandırılması ilə bağlı problemlər yaşanır. Sürücülər yollarda işıq dirəklərinin olduğunu bildirsə də, həmin dirəklərin yalnız görüntü olaraq quraşdırıldığını deyirlər. Bəzi sürücülər isə ümumiyyətlə yolların əksəriyyətində heç bu görüntünün də olmamasını bildirir. Bu kimi problemlər Bakı-Qazax magistral yolunun xüsusilə Yevlax və Ağdaş rayonlarından keçən hissəsində yaşanır. Sürücülər bu məsələyə görə gecə vaxtı yaranan problemlərdən, işıq dirəklərində lampaların yanmamasından narahatdırlar. 

Məsələ ilə bağlı Modern.az hər iki rayonda bu işə nəzarət edən icra hakimiyyəti ilə əlaqə saxlayıb. Yevlax şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfat idarəsi üzrə müavini Ceyhun Kərimxanov bildirib ki, işıqların yanmaması təmirlə bağlıdır: “İşıqların fəaliyyətini təmirlə əlaqədar olaraq özümüz qəsdən dayandırmışıq. Hazırda bəzi yollarda təmirlə əlaqədar olaraq işıqlar yanmır. O dirəklərin hamısı kapital təmir olunmalıdır deyə, hələ ki, işıqlar yanmayacaq. Ümumiyyətlə işıq sistemində dəyişiklik olacaq və yaxın zamanlarda led işıqlara keçəcəyik. Adi lampalar daha çox enerji apardığı üçün bu qərara gəlmişik, il ərzində led işıqların quraşdırılması nəzərdə tutulub”. 

Ağdaş Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa-Asiya bankının Azərbaycanla layihəsi olduğuna görə yollarda bəzi işlər gedir, ona görə müvəqqəti çətinliklər yaranacaq: “Bİzdə yollarda təzə dirəklər quraşdırıldığı üçün günün bəzi ssaatlarında işıqların verilməsində fasilələr yaranır. İşlər yekunlaşdıqdan sonra hər şey qaydasına düşəcək”.

Maraqlıdır, ümumiyyətlə Bakıda və bölgələrdə məqsədi işıq saçmaq olan dirəklər niyə sürücülərin yoluna işıq olmur? Problem nədədir?

Yol nəqliyyatı eksperti Elməddin Muradlı deyir ki, işıqlandırma məsələsi ilə məşğul olan aidiyyatı dövlət qurumları buna səbəb kimi qənaət rejimində çalışdıqlarını göstərirlər: “Lakin bu problem qədər də ağır xərc tələb edən məsələ deyil. Digər ölkələrdə belə problemlərin yaşanmaması üçün günəş batareyalarından istifadə edirlər. Azərbaycanda da günəşli hava hər zaman olur, bir dəfə xərc çəkib həmin batareyaları almaq lazımdır ki, gecə vaxtı işıqsızlıq problemi yaşanmasın. Bir çox ölkələrə enerjini biz ötürsək də, bizdə bu kimi problemlərin yaşanması çox üzücüdür. Diqqət etsək görərik ki, qaranlıq küçələrdə xeyli sayda yol nəqliyyat hadisəsi olur, insanlar həyatını itirir, maddi-mənəvi zərər çəkirlər. İşıq dirəklərində işığın yanmaması bir tərəfə, əksər dirəklərdə heç lampa da yoxdur. Baxmayaraq ki, yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş dirəklərin yenidən bərpası üçün sürücüdən pul alınır, lakin yerinə yeni dirəklər qoyulmur. Bakının bəzi küçələrində sovet dövründən dirəklər qalıb, təzələməsək belə yararlı hala gətirib istifadəyə verə bilərik. Problemin həll olması üçün Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və bələdiyyələr təşəbbüs göstərməlidir. Başqa vaxt deyilir ki, bələdiyyələrin heç bir işi yoxdur. Lakin  bu məsələdə bələdiyyələr təklif versələr, büdcədən pul ayırıb problemi həll etmək olar”.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh