Avtosfer.az | Reklam
İşçiləri daşıyan mikroavtobus aşdı: 1 ölü, 10 yaralı - FOTO
Avtosfer Foto 28 Oktyabr 2019 12:45 283 dəfə oxunub
İşçiləri daşıyan mikroavtobus aşdı: 1 ölü, 10 yaralı - FOTO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Batman əyalətində işçilərin olduğu mikroavtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Qozluq rayonunda qeydə alınıb.

Məlumata görə, Ziyarət kəndindən tekstil işçilərini Batman aparan R.A.-nın idarə etdiyi  06 DV 5393 qeydiyyat nömrə nişanlı mikroavtobus, Əskicə kəndi istiqamətində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 1 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə Batman Bölgə Dövlət Xəstəxanasına çatdırılıblar. Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh