Universitet tələbələrinin olduğu avtobus aşdı: 26 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 29 Oktyabr 2019 07:13 Oxunub 1595
Universitet tələbələrinin olduğu avtobus aşdı: 26 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Yozqat vilayətində tələbələrin olduğu avtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sarakənd rayonunun Ozan bələdiyyəsi yaxınlarında qeydə alınıb.

Məlumata görə, Ağdağmadən rayonundan Yozqata universitet tələbələrini daşıyan Həsən Qızılqaya (39) idarəetməsində olan Bozok Universitetinə məxsus 66 AY 035 dövlət qeydiyyat nişanlı avtobus, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü ilə birlikdə 26 tələb xəsarət alıb. Yaralılar çağırılan təcili tibbi yardım maşınlarının köməkliyi ilə ərazidə yerləşən xəstəxanalara yerləşdiriliblər.

Müalicəyə alınan 27 nəfərin səhhətlərinin qənaətbəxş olduğu bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh