Pişiyin səbəb olduğu qəzada 7 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 30 Oktyabr 2019 13:07 Oxunub 1377
Pişiyin səbəb olduğu qəzada 7 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Adana vilayətində pişiyin səbəb olduğu qəzada 7 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən axşam Ceyhan rayonunun Böyükmagit məhəlləsində qeydə alınıb.

Məlumata görə, Rəcəb Bilgi (28) idarə etdiyi 01 CZB 48 qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman qarşısına pişik balası çıxıb. Pişiyi əzməmək üçün ani manevr edən sürücü sükan idarə etməsini itirərək park edilmiş, 41 VF 766 qeydiyyat nişanlı beton blok yüklü TIR-a çırpılıb.

Nəticədə sürücü Bilgi və minik avtomobilində olan Maşallah K., Əlif K., Əminə K., Nazlıxan K., Ceylan Y. Və Kəzban B., ətrafdakı insanların çağırışı ilə hadisə yerinə gələn ambulanslarla Ceyhan Dövlət Xəstəxanasına aparılıblar.

Qəzadan sonra yolda dayanmağa davam edən pişik isə vətəndaşlar tərəfindən uzaqlaşdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh