Sükan arxasında SMS göndərərkən öldü - FOTO

Qəzalar 29 Aprel 2015 15:17 Oxunub 1747
Sükan arxasında SMS göndərərkən öldü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc qadının sevdiyi mahnı həm də onun vida mahnısına çevrilir

Kortni Senford adlı qadının ölüm hekayəsi faciəvi olduğu qədər, həm də ibrətamizdir. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 32 yaşlı qadın səhər avtomobili ilə gedirdi. O, Farrel Uilyamsın məşhur "Happy" mahnısının sədaları altında öz makiyajını təzələmək fikrinə düşür və bundan sonra mahnıdan ruhlanan Kortni selfi çəkib paylaşır. Facebook səhifəsində isə mahnının təsiri ilə belə bir status paylaşır: "Bu şən mahnı məni xoşbəxt edir!" 

Lakin bir dəqiqə keçməmiş faciə baş verir. Kortni Senford idarəetməni itirir və zibil daşıyan maşına çırpılır. Nəticədə gənc və həyatsevər qadın yerindəcə keçinir. Beləliklə, Kortninin sevdiyi mahnı həm də onun vida mahnısına çevrilir. Bu hadisə qısa müddətdə internetdə, sosial şəbəkələrdə geniş yayılaraq böyük marağa səbəb olub.




ŞƏRH YAZ
Ad

E-mail

Şərh