Bakıda sürücü sükan arxasında yatdı; görün nələr oldu - FOTO

Qaydalar 31 Oktyabr 2019 09:46 Oxunub 1709
Bakıda sürücü sükan arxasında yatdı; görün nələr oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən kioska çırpılıb.

Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh