Avtosfer.az | Reklam
Servis mikroavtobusu aşdı: 15 işçi xəsarət alıb - FOTO
Avtosfer Foto 31 Oktyabr 2019 14:11 191 dəfə oxunub
Servis mikroavtobusu aşdı: 15 işçi xəsarət alıb - FOTO
Polis qəzanın baş vermə səbəblərini araşdır

Türkiyənin Zonquldaq vilayətində mədən işçilərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, insident bu gün səhər 06.30 radələrində Ereğil-Zonquldaq avtomagistralının Qandilli istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ereğil rayonundan mindirdiyi mədən işçilərini, Türkiyə Daş-kömür Qurumuna bağlı Qozlu müəssisəsinə aid mədən yerinə aparan Mustafa Turxanın idarə etdiyi 67 AAU 323 qeydiyyat nişanlı mikroavtobus, naməlum səbəblərdən idarəetmədən çıxaraq aşıb.

Nəticədə servis sürücüsü ilə işçilər Okan B.(26), Coşqun D. (33), Məhəmməd E. (24), Ərsin Ö. (35), Hakan D. (22), Sərxan B. (33), İlyas A.(35), Qurtuluş S. (24), Tayfun Y. (26), Həmdi K. (35), Fateh D. (27), Yıldıray A. (29), Hüseyin U. (34) və Şərafəddin T. (48) yaralanıb.

Yaralılar, ambulanslarla Erğili Dövlət Xəstəxanasına və rayonda yerləşən özəl xəstəxanalara çatdırılıblar. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Polis qəzanın baş vermə səbəblərini araşdır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh