Bakıda pulsuz taksilər olacaq

Yeniliklər 29 Aprel 2015 17:30 Oxunub 1700
Bakıda pulsuz taksilər olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda Avropa Oyunları zamanı xüsusi xidmət təklif ediləcək

Bakıda yeni taksi xidməti faəliyyətə başlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov anspress-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni taksi xidmətinin təşkil olunması üçün qurum tərəfindən 500 “London taksisi ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək.

Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib. “Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərməcək. Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən istifadə edə biləcəklər”, - deyə Elçin Nəsirov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh