Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə - FOTO - VİDEO

Yol polisi 1 Noyabr 2019 08:55 Oxunub 1324
Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlərə hədiyyələr təqdim olunub

Dünən Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlər çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, 156 saylı orta məktəbdə "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Əli Xəlilov, Xəzər rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Həsənova, məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə məktəblilərin yol hərəkəti təhlükəsizliyi, qaydalar, yol nişanları və s. özündə ehtiva edən səhnəciklər nümayiş olunub. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq yol polisi ümumtəhsil ocaqlarında da müxtəlif layihələr həyata keçirir. Əsas məqsəd məktəblilərin maarifləndirməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir. 
Daha sonra şagirdlərə müxtəlif suallar verən Vaqif Əsədov onlara sadə şəkildə yol hərəkəti qaydaları barəsində də müxtəlif məlumatlar verib. Fərqlənən məktəblilərə "İnci" şirkəti tərəfindən təqdim olunan məktəbli ləvazimatları hədiyyə olunub.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh