Avtosfer.az | Reklam
Maşını ikinci cərgədə park edib yolu kəsdi - 90 PZ 651 - FOTO
Oxucu məktubları 4 Noyabr 2019 10:22 144 dəfə oxunub
Maşını ikinci cərgədə park edib yolu kəsdi - 90 PZ 651 - FOTO
Birinci cərgədəki avtomobillərin yolunu kəsib

Bakıda dayanma durma qaydasını pozan sürücü digər parklanmış avtomobilin yolunu kəsib. Oxuculardan biri redaksiyamıza qayda pozan avtomobilin fotoşəkillərini göndərərək ictimailəşməyini xahiş edib. Belə ki, noyabrın 1-də paytaxtın Nizami küçəsində (Aff biznes mərkəzinin yanında) 90-PZ-651 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil ikinci cərgədə parklandığı üçün, birinci cərgədən hərəkətə başlamaq istəyən avtomobillərin yolunu kəsib. Sürücü qeyd edir ki, həmin avtomobilin sahibini 1 saatdan artıq gözləsə də gəlib çıxmadı.

Bəzən sürücülər bu cür hallarda harasa tələsdikləri üçün qayda pozduqlarını bildirirlər. Lakin fikirləşmirlər ki, qaydaları pozan zaman daha önəmli işin arxasıyca gedən insanın yolunu kəsə bilərlər.

 

 

Təbriz

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh