Avtosfer.az | Reklam
Kürdəmirdə yol qəzası; xəsarət alanlar var - FOTO
Avtosfer Foto 5 Noyabr 2019 17:00 191 dəfə oxunub
Kürdəmirdə yol qəzası; xəsarət alanlar var - FOTO
"KamAZ" "VAZ-2106" markalı avtomobilə çırpılıb

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu  idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini, Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin, Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

Report

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh