Avtobus sürücüsü dəhşətli qəza törətdi: Bakıda - VİDEO

Avtosfer TV 6 Noyabr 2019 11:50 Oxunub 7569
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər həm manevr qaydasının, həm də hərəkət sürətinin ciddiliyini anlamaq istəmirlər

Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxtın 28 may küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü, qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşur.
Yol nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etmir, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozur. Ümumilikdə yol nəqliyyat hadisələrinin əksəriyyəti bu iki qaydanın pozulmasına görə baş verir. Əfsuslar olsun ki, sürücülər həm manevr qaydasının, həm də hərəkət sürətinin ciddiliyini anlamaq istəmirlər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh