Daşkəsəndə ana və azyaşlı qızı itkin düşüb

Gündəm 8 Noyabr 2019 10:45 Oxunub 703
Daşkəsəndə ana və azyaşlı qızı itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daşkəsən rayonunda ana və azyaşlı qızı itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 5-dən 6-na keçən gecə rayonun Nizami küçəsi, ev 3 ünvanında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Subra Ellazalıyeva azyaşlı qızı Zeynəbi özü ilə birgə götürərək yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra S.Ellazalıyevanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh