Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi

Yol polisi 8 Noyabr 2019 15:05 Oxunub 1372
Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib. “Report”un əldə etdiyi məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. V.Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh