Neftçalada polis məktəblilərin qonağı olub

Gündəm 11 Noyabr 2019 15:15 Oxunub 1919
Neftçalada polis məktəblilərin qonağı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda məktəblilərdə maraq doğuran suallar cavablandırılıb

 Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Boyat kənd və 1 saylı tam orta məktəblərində müəllimlərin və şagirdlərin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahın fəsadları”, “Dini radikalizm və ekstremizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirlərin əvvəlində narkomaniyanın zərərlərindən, erkən nikahın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Neftçala RPŞ-nin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa yol açan amillərdən olduğunu, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrildiyini vurğulayıb. O, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirildiyini bildirib.

Şöbə rəisi erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

Dini radikalizm mövzüsuna toxunan V.Şəbəndəyev ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını bildirib, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.

Sonda məktəblilərdə maraq doğuran suallar cavablandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh