Məktəblilərin olduğu mikroavtobus yük maşınına çırpıldı: 14 nəfər xəsarət alıb - FOTO

Qəzalar 11 Noyabr 2019 16:15 Oxunub 914
Məktəblilərin olduğu mikroavtobus yük maşınına çırpıldı: 14 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Mardin vilayətində məktəblilərin olduğu mikroavtobusun və yük maşının iştirakı ilə baş verən qəzada 14 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Mardin – Mazıdağ avtomagistralında qeydə alınıb.

Məlumata görə, daşımalı təhsil alan tələbələri daşıyan 72 AR 892 qeydiyyat nömrə nişanlı servis mikroavtobusu, 46 D 6620 qeydiyyat nömrə nişanlı yük maşınına arxadan çırpılıb.

Nəticədə sürücü ilə birlikdə 14 nəfərə, hadisə yerinə gələn “təcili tibbi yardım” briqadasının əməkdaşları tərəfindən ilkin tibbi yardın göstərilib. Beş şagird isə ambulanslarla Mardin Dövlət Xəstəxanasına aparılıblar. Onların müalicəsi davam etdirilir.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh