Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb

Gündəm 11 Noyabr 2019 18:30 Oxunub 1014
Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ilin oktyabr ayında isə bu göstərici 825 min tona bərabər olub

Gürcüstan dəmir yolları vasitəsilə bu ilin yanvar-oktyabr aylarında 64 min TEU yük konteyneri daşınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb. Daşınan konteynerlərin sayı rekord səviyyəyə çatıb. Belə ki, hesabat dövründə daşınan konteynerlərin sayı illik müqayisədə 34%, 2016-cı ilin analoji göstəricisindən isə iki dəfə çoxdur. Gürcüstan dəmir yolları ilə daşınan yüklərin ümumi həcmi xam neft istisna olmaqla 8,57 mln. ton təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çoxdur.

İlin ilk 10 ayı ərzində ən çox yük oktyabrda nəql olunub. Həmin ayda dəmir yolları ilə daşınan yüklərin həcmi 1 mln. tondan çox olub. 2018-ci ilin oktyabr ayında isə bu göstərici 825 min tona bərabər olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh