Bərdədə yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO

Qəzalar 11 Noyabr 2019 18:15 Oxunub 985
Bərdədə yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün olan 1963-cu il təvəllüdlü Tağıyeva Gülzar Savalan qızı, 1999-cu ildə anadan olmuş Tağızadə Vüsal Zahid oğlu və 1990- cu il təvəllüdlü Tağıyev Elnur Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh